İlham Əliyev Ankaraya səfər edəcək
XİN-dən Paşinyana cavab verildi
ABŞ silahlarının 90%-i Kiyevə təhvil verilib
Görüş üçün ev ver, qız tapacaq - MƏHKƏMƏ
Nazirlik yoxlamalar barədə məlumat yaydı
Prezident agentlik sədrinə şiddətli töhmət verdi
İtaliya Ukraynaya əsgər göndərəcəkmi? - Açıqlama
İmtahanın nəticələri elan olundu
İsrail Suriyada Türkiyəni necə zəiflədir?
Emin Ağalarov bitkoində nə qədər batırıb?


14.06.2022  11:10 

Bəzən bir pencəyi 4 il geyinirdim...





A+  A-

Beş-altı il əvvəl, yəni boş-bekar olanda, ciddi bir işin qulpundan yapışmayanda bəzən gündə 3-4 saat canlı efirdə olurdum. Azərbaycanda işləyən adam acından ölür, kimdir işləməyən adama pul verən?! Buna görə də sıxıntılarım indikindən çox olurdu, sadə məişət qayğılarının əlində əsir-yesir qalır, bəzən bir pencəyi 4 il geyinirdim...

Bir dəfə insan səmimiyətilə bağlı mövzunu müzakirə edəndə bunu dilə gətirdim. Dedim ki, biz olduğumuz kimi görünmək istəmirik. Məsələn, mən bu pencəyi 4 ildi efirlərə geyinirəm, amma bunu dilə gətirməyə çətinlik çəkirəm. Bilirəm ki, bu sözlərdən sonra hətta ən yaxın dostlarım da mənə əfəl deyib ələ salacaqlar. Hansı ki, sözə xəyanət eləmədiyimə, sözü alver predmetinə çevirmədiyimə görə tənqid yox, təqdir olunmalıyam...

O vaxt qızım aşağı sinifdə oxuyurdu. Düz 1 həftə məndən küsdü. Hər gün məktəbə gedəndə qorxurdu ki, sinif yoldaşları ona lağ edəcək. İnanın, uşaq məktəbə getməyə utanırdı...

Əslində, necə olmalıydı:

Mən qəbir yerini şəhid ailəsinə satan bələdiyyə sədri olsaydım, qızım sinif yoldaşlarından utanardı...

Mən pasiyentin xəstə ayağını qoyub sağ ayağını kəsən savadsız həkim olsaydım, qızım mənim yerimə xəcalət çəkərdi...

Mən ölmüş adamın “ifadəsi” əsasında günahsız insanı dəmir barmaqlıqların arxasına göndərən qansız hakim olsaydım, övladlarım hamının yanında gözükölgəli olardı...

Mən bir mənzili 3 adama satıb puluyla oğluna, qızına 5 yerdə ev alan dələduz iş adamı olsaydım, övladlarım tay-tuşlarının yanında xəcil olardı...

Mən tabeliyində olan işçilərə qan udduran, vəzifəcə özündən böyük adama yaltaqlanan ikiüzlü valideyn olsaydım, uşaqlarım buna görə pəjmürdə olardı...

Kasıb olmaq, amma düzgün yaşamaq, düz danışmaq nə vaxtdan eyib sayılır?

Təəssüf ki, bizim ölkəmizdə sayılır...

Günahkarı kənarda axtarmaq lazım deyil. Varlı, vəzifəli adama Adil müəllim deyib qabağına qaçan, kasıba Ədil deyib ələ salan, aşağılayan biz deyilikmi?

Mən hələ alimə lağ etməyimizdən, aktyora mütrif, xanəndəyə “manıs” deyib ələ salmağımızdan danışmıram...

Nə əkiriksə, onu da biçirik...

Seymur VERDİZADƏ

Xəbər 7347 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.03.2025  17:42 

XİN-dən Paşinyana cavab verildi

04.03.2025  15:22 

Sabah güclü külək əsəcək

04.03.2025  10:39 

Xəzər dənizində zəlzələ olub

04.03.2025  10:07 

Gülnar Əlizadə müəllim imiş.

03.03.2025  14:48 

Yevlaxda məktəbli intihar edib


BÜTÜN XƏBƏRLƏR +