Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


20.02.2024  17:21 

“Azəriqaz”ın əməkdaşlarına qarşı zor tətbiq olundu





A+  A-

Fevralın 12-də paytaxtın Nəsimi rayonu ərazisində “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarına qarşı zor tətbiq olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Xəzərnews.az Nəsimi Rayon Prokurorluğuna istinadən xəbər verir ki, araşdırmalarla qeyd edilən idarənin əməkdaşları Aqşin Muradlı və Ayxan Abazərlinin xidməti vəzifələrinin icrası ilə əlaqədar Nəsimi rayonu, İ.Qasımov küçəsi ünvanında yerləşən mənzillərdə birində təbii qaz sayğacından gələn borulara baxış keçirərkən həmin mənzildə yaşayan Fuad Məmmədovun sonunculara zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Fuad Məmmədov Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiqetmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir.

Xəbər 1447 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +