Texniki baxışla bağlı yeni qərar
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Azərbaycanda təhsil jurnalistikasına ehtiyac artır - Ekspert
Əsgərin ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldılar
Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu
“Barama“ bağçasında azyaşlı zorakılığa məruz qaldı


06.08.2025  13:06 

Paşinyan Vaşinqtonda Əliyevlə saziş imzalayacaq?





A+  A-

Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşdə “tarixi irəliləyiş” kimi təqdim olunacaq sənədin imzalanması mümkündür.

XəzərNews.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti hökumətə yaxın mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan “Vətəndaş Müqaviləsi” partiyasının iclasında çox güman ki, "müəyyən sənədin imzalanacağını" bildirib.

Qəzetin yazdığına görə, ABŞ “Zəngəzur məsələsi” ilə bağlı həll variantı təklif edib və bu variantda “dəhliz” termini işlədilmir, heç bir səlahiyyətin verilməsi nəzərdə tutulmur, lakin xarici nəzarət elementləri mövcuddur.

Xəbər 727 dəfə oxunub.




11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +