Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü
Ukrayna rusiyalı iş adamının aktivlərini blokladı
Ukrayna PUA-ları Stavropolda kəşfiyyat obyektini vurdu
Məzahir Pənahov oğluna Los - Ancelesdə milyonluq villa alıb - Foto
MSK sədrinin oğlu arvadını vəhşicəsinə döyüb


14.07.2022  20:01 

VHP qazi intiharları ilə bağlı bəyanat yayıb





A+  A-

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) qazi intiharları ilə bağlı bəyanat yayıb.

XəzərNews.az xəbər verir ki, bəyanatda deyilir:

"Son günlər İkinci Qarabağ savaşının qəhrəmanları olan qazilərin intihat xəbərləri artmaqdadır. 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən II Qarabağ müharibəsindən 2 il ötsə də, bir çox qazinin problemləri həllini tapmayıb.

Müharibədən qayıtdıqdan sonra sağlamlıq vəziyyətinə görə işsiz qalan, əlillik dərəcəsi ala bilməyən, psixoloji dəstək görməyən qazilər arasında narazılıqları artırır. Qeyri-rəsmi məlumatlara görə, indiyədək 36 nəfər qazi müxtəlif səbəblərdən intihar edib.

Yazılanlara görə, onların bir çoxu üzləşdiyi haqsızlıqlara, məmurların etinasız münasibətinə etiraz edərək intihar ediblər. Bəzi qəhrəmanlarımız isə öncədən hər hansı narazılıq bildirmədən – ruhi-psixoloji travmalar səbəbindən canına qıyıb. Bütün hallarda – səbəbindən asılı olmayaraq postmüharibə dövründə 36 qazinin intihar etməsi son dərəcə ağır hadisədir. Azərbaycan Vətən Savaşını qələbə ilə başa vurub və bütün xalqımızın bir yumruğa çevrildiyi bu zamanda qazilərimizin rolu müstəsnadır. Onların problemlərinin həlli üçün çalışmaq hər bir vətəndaşın borcudur. Səlahiyyət sahibi olan məmurlar isə birbaşa bu işə məsuldurlar və məsuliyyətlərini dərk etməlidirlər.

Vətəndaş Həmrəyliyi Partiyası olaraq qazi intiharlarının yaradan səbəblərin dərhal dayandırılması üçün təxirəsalınmaz tədbirlər görülməsini və bu vaxtadək baş verən intiharların hərtərəfli araşdırılaraq səbəbkarların cəzalandırılması verilməsini tələb edirik".


Xəbər 1635 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +