Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü
Ukrayna rusiyalı iş adamının aktivlərini blokladı
Ukrayna PUA-ları Stavropolda kəşfiyyat obyektini vurdu
Məzahir Pənahov oğluna Los - Ancelesdə milyonluq villa alıb - Foto
MSK sədrinin oğlu arvadını vəhşicəsinə döyüb


22.11.2019  10:17 

Oqtay Gülalıyevdən yeni xəbər var





A+  A-

İstanbulda yerləşən “Amerikan Hastanesi”nə köçürülmüş komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyevdən xəbərlər var.
XəzərNews.az xəbər verir ki, Gülalıyevlər ailəsinin dostları bildiriblər ki, Oqtay bəy artıq 3-cü gündür ki, "Amerikan xəstəxanası”na transfer edilib.

“Dünən əməliyyat olunub, başındakı qanlı su təmizlənib. Bu gün rəngi özünə qayıdıb, xeyli yaxşı görünür. Həkimi Mehdi Sasani deyir ki, bu elə böyük bir əməliyyat deyil, amma beyinə yığılan kirli suyu təmizləmək onu rahatlatacaq. Nəfəs alması da yaxşılaşıb, müqaviməti yavaş-yavaş bərpa olur, sonrasını müalicə göstərəcək",- ailənin dostları bildiriblər.

Həkimlər deyiblər ki, Oqtay Gülalıyevin qanında mikrob var, onu təmizləməyə çalışırlar. Xəstənin qısa zamanda komadan ayılma ehtimalı böyükdür,

Qeyd edilir ki, "Amerikan xəstəxanası” İstanbulun ən məşhur klinikalarından biridir – həm tibbi avadanlığı, həm həkim kontingenti, həm də yüksək səviyyəli gigiyenik təmizliyi ilə.

Xatırladaq ki, Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-du axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, piyada xəttinin üstündə baş verib.

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-da burada əməliyyat olunub.

Noyabrın 1-də Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Daha sonra isə xəstə Heydər Əliyev Fondunun yardımı ilə Türkiyəya aparılıb.

Beyni əzilməsi diaqnozu qoyulan O.Gülalıyev hazırda koma vəziyyətindədir.

Xəbər 1517 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +