İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi


27.01.2022  12:56 

“Omicron” ştamı sürətlə yayılır - Azərbaycanda





A+  A-

Azərbaycanda koronavirusun “Omicron” ştamı sürətlə yayılmağa başlayıb.

XəzərNews.az Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu həftə ərzində 8 114 nəfər koronavirusa yoluxub, onlardan 53-ü dünyasını dəyişib.

Mərkəzin baş infeksionisti Fərrux Sədirov mövcud durumla bağlı ictimaiyyətə müraciət edərək bildirib ki, son zamanlar bəzi insanlarda arxayınlıq yaranıb və bu çox təhlükəlidir.

“İki doza peyvənd olunanlar arxayınlaşmasınlar, çünki peyvənddən 5 ay sonra immunitet zəifləməyə və virusu unutmağa başlayır. “Buster” (üçüncü) dozaya isə həm gücləndirici, həm də xatırlatma dozası deyə bilərik. Çünki “buster” doza qəbul olunanda bədən virusu xatırlayır və ona qarşı dayanıqlı hala gəlir”, - o vurğulayıb.

Baş infeksionist əlavə edib ki, aparılan tədqiqatların nəticələrinə görə, “Omicron”a qarşı iki doza vaksin 25 faiz qoruma yarada bilirsə, üçüncü dozadan sonra bu rəqəm 70 %-in üzərinə çıxır: “Omikron”dan qorunmanın əsas çıxış yolu peyvəndlənmə olaraq qalır.

“Buster” dozanı qəbul etmək və əsas qaydalara əməl etməklə həm özünüzü, həm də ailənizi qoruya bilərsiniz”.

Xəbər 1617 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +