Əmi 11 yaşlı qardaşı qızını zorlayıb - Azərbaycanda
Bacıoğlu ilə yan-yana xoruş döyüşdürən İcra başçısı
Rusiya 170-ə yaxın pilotsuz təyyarə ilə hücum etdi
“Melissa Group”un rəhbəri saxlanıldı
Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib


17.11.2021  11:13 

Müdafiə Nazirliyi niyə susur?





A+  A-

16 noyabr tarixində Ermənistan-Azərbaycan sərhədində gərgin vəziyyətin yaşanmasından sonra sosial şəbəkələrdə, bəzi xəbər saytlarında rəsmi olmayan məlumatlar dərc olunmaqdadır. Mənbəyi məlum olmayan bu xəbərlər isə vətəndaşların daha da çox təşviş yaşamasına, səhv iqtiqamətdə düşüncələrin formalaşmasına səbəb olur.

Müdafiə Nazirliyi isə nədənsə, buna "dur" demir, sərhəddə nələrin baş verdiyini rəsmi formada açıqlamır, mətbuatın suallarını cavabsız qoyur. Ən yaxşı halda Nazirlik "uzun atəşkəs" dövründə olduğu kimi ümumi sözlərlə qısa açıqlamalarla çıxış edir. Bu cür ciddi hadisələrdə daim məlumatlandırmaq, insanların yanlış xəbər axınına düşməsinin qarşısını almaq əvəzinə dövlət qurumları bir küncə çəkilirlər. Nəticədə isə doğru və ya düzgün olduğunu bilmədiyimiz məlumatların içərisində “boğuluruq”.

Bir müddət sonra isə Nazirlik rəsmiləri çıxacaq və açıqlama verəcəklər ki, yalan-yanlış məlumatlar yayılıb inanmayın.

Ekspertlər də bu dəfə düşəcək yerli medianın canına ki, dezinformasiya yayırlar, kütləni yığmaq üçün uydurma xəbərlər dərc edirlər və s. Amma əmin olun ki, bu boşluq dövlət idarələri tərəfindən yaradılır və daha sonra qarşısıalınmaz hala gəlir.

Bu mənzərə isə bizə heç də yad deyil. Vətən müharibəsi zamanı da yerli media məlumatı Türkiyə Müdafiə Nazirliyindən, Rusiya rəsmilərindən və s. alırdı. Vətəndaşlar isə yerli kanallarımızı qoyub, Türkiyə kanallarının qarşısında diqqət kəsilmişdilər ki, görək müharibənin durumu nə yerdədir.

Ümidvarıq ki, bu dəfə rəsmi açıqlamanın gecikməsinə tutarlı səbəblər var.

Leyla Mirzə,
Bizimyol.info

Xəbər 2718 dəfə oxunub.




27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +