İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi


11.11.2021  12:17 

“Qardaşımdan pul istəyiblər“ - Polisdən şikayət





A+  A-

Bir müddət öncə Yevlax rayon xəstəxanasında pasiyentlərin həkim otağına tualetdən keçərək daxil olmasını videoya çəkən şəxs ona polis tərəfindən təzyiq edildiyini iddia edir.

Videonu çəkən şəxsin bacısı olduğunu bildirən B. M. sosial şəbəkədə müraciət yayaraq bildirib ki, dünən qardaşını Yevlax Rayon Polis Şöbəsinə çağıraraq həkimdən üzr istəməsini tələb ediblər: “Mobil telefonunu da alıb verməyiblər. Pul da tələb ediblər”.

XezerNews.az xəbər verir ki, DİN Mətbuat xidmətinin əməkdaşı Aslan Qiyaslı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, bununla bağlı Yevlax Rayon Xəstəxanasının baş həkimi tərəfindən polisə rəsmi şikayət daxil olub: “Şikayətin təfərrüatlarının araşdırılması üçün vətəndaş Yevlax RPŞ-yə dəvət olunaraq izahatı alınıb. Vətəndaşın üzr istədilməsi, yaxud digər iddialar tamamilə əsassızdır. Belə hal baş verməyib. Hazırda Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsində araşdırmalar davam etdirilir”.

Xəbər 1701 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +