Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


25.02.2019  11:19 

Londonda Xocalı ilə bağlı möhtəşəm mitinq keçirilib





A+  A-

Londonda Xocalı ilə bağlı möhtəşəm mitinq keçirilib.
XəzərNews.az xəbər verir ki, saatlarla davam edən mitinqdə Britaniyanın müxtəlif regionlarından çoxsaylı insan iştirak edib.

Əllərində Azərbaycanın bayraqlarını tutan aksiya iştirakçıları faciənin günahkarlarının cəzalandırılması, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsi barədə çağırışlar edib, “Xocalıya ədalət!”, “Biz ədalət tələb edirik”, “Biz sülh istəyirik”, “Qarabağ bizimdir, bizim olacaq” şüarlarını səsləndiriblər.

Tədbirdə xüsusilə qeyd olunub ki, İngiltərədə fəaliyyət göstərən Azərbaycanın səfirliyi və diaspora arasında gözəl münasibət var və bu münasibətlər nümunəvi xarakter daşıyır. Xatırladaq ki, Azərbaycanın Böyük Britaniyadakı səfiri peşəkar diplomat Tahir Tağızadədir.

Xatırladaq ki, tədbirin əsas təşkilatçısı, xaricdə yaşayan Azərbaycanlılar icmasının liderlərindən biri Kamran Balayev bildirib ki, Xocalı faciəsi bütün beynəlxalq birliyin faciəsidir.

“Aksiya tam olaraq qanunlar çərçivəsində keçirilib”, - deyə Kamran Balayev bildirib.

Xəbər 1350 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +