“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters


05.05.2017  13:09 

Xaçmazdan Bakıya at əti gətirən yaxalandı





A+  A-

Xaçmaz rayonunda at əti satmağa cəhd edən şəxs saxlanılıb.
XəzərNews.az xəbər verir ki, mayın 5-də rayonun Padar kəndi yaxınlığında meşə massivində başı kəsilmiş at cəmdəyi aşkarlanıb. İlkin araşdırmalar nəticəsində həmin heyvanın kənd sakini Məmmədov İsmayıl Müzəffər oğlu tərəfindən kəsildiyi müəyyənləşib.
İsmayıl Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxs 100 kiloqrama yaxın at ətini Bakı şəhərində satmaq niyyətində olduğunu bildirib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Xaçmaz Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı at cəmdəklərinin mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri olmadığı, baytarlıq-sanitariya ekspertizasından keçmədiyi müəyyən edilib.
Orqanoleptik göstəriciləri standarta uyğun olmayan, qida üçün yararlığı şübhə doğuran at cəmdəyindən nümunələr götürülərək müayinə üçün laboratoriyaya göndərilib.


Xəbər 1291 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +