Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik


09.12.2020  14:54 

Sabah Azərbaycanla Türkiyə arasında memorandum imzalanacaq





A+  A-

Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı “Türkiyə ilə Azərbaycan arasında Media Sahəsində Strateji Əməkdaşlıq Memorandumu” imzalanacaq.
XəzərNews.az xəbər verir ki, bu barədə Türkiyə Rabitə Nazirliyi məlumat yayıb. Bildirilib ki, memoranduma Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın nəzarətində Türkiyənin rabitə naziri, Prezident Administrasiyanın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev imza atacaq.

İki ölkənin mövcud dostluq münasibətlərini gücləndirmək və media sahəsində əməkdaşlığı genişləndirmək məqsədilə Ortaq Media Platforması yaradılacaq.

Platforma çərçivəsində sağlam mətbuat münasibətlərinin formalaşması üçün media sahəsində bilgi, təcrübə, mənbələr paylaşılacaq, iki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ortaq işlər həyata keçirəcək.

Beynəlxalq aləmdə rast gəlinən dezinformasiyalarla mübarizə və dünya ictimaiyyətini düzgün məlumatlandırmaq üçün birlikdə işləyəcək platforma vasitəsilə televiziya, kino sahələrində ortaq işlər görüləcək.

Həmçinin fərqli media və sektor nümayəndələri ilə ortaqlıqlar qurulacaq, peşə təhsili, mübadilə proqramları təşkil ediləcək, iki ölkənin fikir liderləri arasında əlaqə körpüsü qurulacaq.

Memorandumdan sonra üç ay ərzində Ortaq Media Platformasının həyata keçirilməsi üçün ətraflı hədəfyönlü plan hazırlamaq üçün ortaq işçi komissiya təyin ediləcək.

Azərbaycan-Türkiyə Qarışıq Komissiyası iki ölkədə növbəli olaraq müntəzəm iclaslar keçirəcək. Komissiya platformanın maliyyələşdirilməsi və qrafiki daxil olmaqla ətraflı planı yarandıqdan sonra üç ay ərzində iki ölkənin səlahiyyətlilərinə təqdim edəcək.

Rabitə naziri Fəxrəddin Altun sözügedən memorandum barədə açıqlama verib, Azərbaycanla yeni əməkdaşlığa hazır olduğunu bildirib.

Ortaq Media Platformasının iki ölkə və xalqları üçün faydalı olmasını diləyən Altun “Prezidentimiz və cənab Əliyevin rəhbərliyi altında bütün dünyaya çox güclü həmrəylik mesajı veririk”,- deyə vurğulayıb.

Xəbər 2285 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +