Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır
Ukraynalı jurnalistin cənazəsi qaytarılıb
3 nəfərə 3 milyon dollar “atmaqda” ittiham olunur
Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi - FOTO
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində - FOTO


27.12.2021  12:03 

Geosiyasi reallıqlar Azərbaycanın maraqlarına cavab verirmi?





A+  A-

“Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla münasibətlərin formalaşmasında Qarabağ məsələsini gündəlikdən çıxarmaqla birbaşa ölkəmizin ərazi bütövlüyünü tanıya bilər. Bu da Türkiyə Ermənistan əlaqələrinin qurulmasında əsas şərtlərdən biridir”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə MCP sədrinin müavini Məhəmməd Əsədullazadə çıxış edib.

Məhəmməd Əsədullazadə bildirib ki, məhz N. Paşinyanın ötən gün verdiyi açıqlamasında Qarabağ məsələsinin yekun həllini məhz Azərbaycanın konustitusiya əsasında həllini vurğulaması göstərir ki, Yerevan üçün bu məsələ prioritet olmayacaq:

“Çünki, rəsmi Yerevan bu məsələni qabartması, Azərbaycanla və Türkiyə ilə əlaqələrin qurulmasına mane ola biləcəyinin fərqindədir.

Artıq Qarabağda erməni separatçılarının rəhbəri A. Arutunyan bəyanat verərək N. Paşinyanın Qarabağ ermənilərinin adından danışmağa haqqı olmadığını vurğulaması prosesin böhrana yuvarlandığını göstərir. Qarabağ separatçısı A. Arutunyan demək olar ki, Moskvanın təlimatı ilə danışır. Əgər, Ermənistan Qarabağ iddiasından əl çəkəcəksə, Azərbaycan bu məsələni Rusiya ilə uzlaşdıracaq. Prezident İlham Əliyev Qarabağda ermenilərin əli ilə ikinci Abxaziya presedenti yartamasına imkan verməyəcək.

Ermənistan rəhbərliyi hazırkı kursunu praqmatik olaraq yerinə yetirərsə, Azərbaycanla kommunikasiyaların açılması reallaşacaq. N. Paşinyan Rusiyanın da mövqeyini zəiflədir. Moskva Ermənistanda da daxili siyasi vəziyyəti gərginləşdirməyə çalışacaq.
Gedən geosiyasi reallıqlar Azərbaycanın maraqlarına cavab verir”.



Xəbər 1887 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +