Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


12.03.2017  13:44 

XİN türk rəsmilərinə qarşı davranışı tənqid etdi





A+  A-

"Bəzi Avropa təsisatları və xüsusilə Avropa Parlamentindəki bir sıra dairələr, həmçinin Niderland hər bir fürsətdə əsassız şəkildə digər dövlətləri tənqid etməkdə, insan hüquqları mövzusunda “mentorluq” etməkdə və başqalarına irad tutmaqda “adətkarlıq” nümayiş etdirir".
XəzərNews.az xəbər verir ki, bu sözləri XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, insan hüquqları və demokratiyanı özünün təməl prinsipləri hesab etdiyi halda, Niderland hökumətinin Türkiyə Respublikası hökumət rəsmilərinə qarşı həyata keçirdiyi tədbirlər, Niderlandda yaşayan türk icması üzvlərinin sərbəst və dinc toplaşmasına imkan verilməməsi və onlara qarşı gücdən istifadə olunması qərəzli və ziddiyyətli xarakter daşıyır, Diplomatik və Konsulluq münasibətləri haqqında Vyana konvensiyası, insan hüquqları, sərbəst toplaşma və ifadə azadlığı kimi fundamental prinsiplərin kobud şəkildə pozulması ilə müşayiət olunur:

"Bu kimi davranış eləcə də diplomatik-etik çərçivələrdən tamamilə kənardır.

Bütün bunlar hal-hazırda Avropada yayılmaqda olan İslamafobiya, ksenofobiya və ayrı-seçkilik kimi neqativ meyllərinin aradan qaldırılması, multikulturalizm, dözümlülük, dialoq və anlaşmanın təşviq edilməsinə xüsusi ehtiyacın olduğunu bir daha göstərir".

Xəbər 2302 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +