Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


21.12.2023  10:35 

Sülh olmayacaq, müharibə yenidən başlanacaq...





A+  A-

Qarabağdan İrəvana qaçan keçmiş separatçı rejimin qondarma “təhlükəsizlik şurasının katibi” Samvel Babayan Azərbaycanla sülh sazişi imzalamaq istəyən Ermənistan hakimiyyətinə qarşı çıxıb.

Xəzərnews.az Publika.az-a istinadən xəbər verir ki, Babayan indi sülh bağlansa da, müharibənin yenidən başlanacağını iddia edir.

“Ermənistan hökuməti sülh müqaviləsini elə hazırlayır ki, 20-25 ildən sonra nəvələrim müharibəyə gedəcək. Onlar elə bilirlər ki, sülhə gedirlər, lakin bu sülh yox, müharibədir, sadəcə olaraq, onu nəsildən-nəsilə ötürürsən. 100 il əvvəl olmuş hadisələrə görə bu gün də Türkiyə ilə münasibətlər qurmaq istəyənlər satqın adlandırılır. Hazırda diaspor mövcud hakimiyyəti qəbul etmir”, - o iddia edib.

Babayan Azərbaycanı dolayısı ilə hədələməyə cəhd göstərib. Bildirib ki, Qarabağda ermənilərə “muxtariyyət” verilməsə, heç vaxt sülh olmayacaq, müharibə yenidən başlanacaq. O, yeni müharibənin 20 il sonra başlayacağını iddia edin.

Qeyd edək ki, Babayan Paşinyana yaxınlığı ilə seçilir. Erməni baş nazir ondan separatçıları parçalamaq, ümumiyyətlə, qondarma “artsax” ideyasını nəzarətə götürmək üçün istifadə edir. İstisna deyil ki, Babayanın Paşinyan hökumətini tənqid edən bu çıxışı məhz separatçılar arasında özünü “Qarabağda erməni gələcəyini düşünən” şəxs kimi göstərmək məqsədi daşıyır.

Xəbər 1840 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +