Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


14.10.2019  13:07 

Məmmədyarov Çavuşoğlu ilə müzakirə apardı





A+  A-

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası çərçivəsində Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb.
XəzərNews.az xəbər verir ki, görüş zamanı ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin inkişafından məmnunluq ifadə olundu. Nazirlər strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın regional və qlobal sabitlik və təhlükəsizliyin təşviqi baxımından vacibliyini qeyd etdilər.
Tərəflər hər iki ölkənin iştirakı ilə həyata keçirilən mühüm layihələr ətrafında fikir mübadiləsi apardılar. Azərbaycan və Türkiyənin təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional layihələrinin Asiya və Avropa arasında rəqabətədavamlı daşımaları asanlaşdıracağını tərəflər xüsusilə qeyd etdilər.

Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı vəziyyət, habelə Yaxın Şərq bölgəsində cərəyan edən proseslər barəsində geniş müzakirələr aparıldı və hər iki ölkənin öz təhlükəsizliyinin təmin edilməsi üçün yeritdiyi siyasətin vacibliyi vurğulandı.

Görüşdə TDƏŞ və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Xəbər 2046 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +