Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


05.01.2018  09:26 

Seriallardan 350 milyon dollar qazandılar





A+  A-

140-dan çox ölkədə göstərilən türk serialları 2017-ci ildə Türkiyəyə 350 milyon dollardan çox gəlir gətirib.
XəzərNews.az xəbər verir ki, ölkənin serial sektoru yüksək ixracat göstəricilərinə nail olaraq böyük uğura imza atıb. Mədəniyyət və Turizm Nazirliyinin məlumatlarına görə, son 10 ildə dünyada maraqla izlənən türk serialları Amerika seriallarından sonra ikinci sırada yerləşib.

Amerikadan Rusiyaya, Balkanlardan Orta Şərqə və Uzaq Şərqdən Latın Amerikaya qədər dünyanın dörd bir tərəfində göstərilən serialların illik ixracat gəliri 350 milyon dollardan çox olub.

Kino Baş İdarəsinin məlumatlarına görə, bu günə qədər ən çox ixrac edilən seriallar arasında "Adını Feriha koydum", "Gümüş", "Fatmagülün suçu nə?", "Ezel" və "Kara Sevda" yer alıb.

Radio və Televiziya Yayımı Peşə Birliyinin (RATEM) rəhbəri Yusif Gürsoy bildirib ki, gələcəkdə bu qazancı daha da yuxarı qaldırmağa çalışacaqlar: "2023-cü ildə hədəfimiz 1 milyard dolları keçməkdir. Dünyanın bütün ölkələrində, Türkiyədə istehsal olunan seriallar, televiziya çəkilişləri heyranlıqla izlənəcək".

Xəbər 2104 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +