Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


13.12.2017  16:18 

Ölkədən 12 milyard dollarlıq məhsul aparılıb





A+  A-

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 113 ölkəyə məhsul ixrac olunub, 180 ölkədən idxal olunub.
XəzərNews.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, 2017-ci ilin yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsi 19459,0 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 12500,6 milyon dollar, idxalın dəyəri 6958,4 milyon dollar təşkil edub. Nəticədə 5542,2 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 9,4 faiz artıb, real ifadədə isə 12,0 faiz, o cümlədən ixrac 8,1 faiz, idxal 18,0 faiz azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 22,9 faizini İtaliyaya, 12,7 faizini Türkiyəyə, 5,0 faizini Rusiyaya, hər biri 4,9 faiz olmaqla İsrail və Çexiyaya, 4,8 faizini Çinə, 4,2 faizini Gürcüstana, 4,0 faizini Kanadaya, 3,8 faizini Portuqaliyaya, 3,7 faizini Almaniyaya, hər biri 3,0 faiz olmaqla Hindistan və Tayvana (Çinin əyaləti), 2,5 faizini İndoneziyaya, qalan 20,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,3 faizi Rusiyanın, 14,6 faizi Türkiyənin, 9,7 faizi Çinin, 9,3 faizi ABŞ-ın, 5,2 faizi Ukraynanın, 4,8 faizi Almaniyanın, 3,7 faizi İtaliyanın, 2,8 faizi Birləşmiş Krallığın, 2,7 faizi İranın, 2,4 faizi Braziliyanın, hər biri 1,9 faiz olmaqla Yaponiya və Norveçin, 23,7 faizi isə digər ölkələrin payına düşüb.

2017-ci ilin yanvar-oktyabr aylarında 1218,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-oktyabr aylarına nisbətən faktiki qiymətlərlə 25,1 faiz, real ifadədə isə 22,8 faiz çoxdur.

Xəbər 1903 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +