Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


23.11.2017  19:46 

Bu qəsəbəyə köçənlərə 60 min dollar veriləcək





A+  A-

İsveçrənin Valais bölgəsinə bağlı Albinen qəsəbəsində azalan əhaliyə çarə tapmaq istəyən rəsmilər mükəmməl təşviqat başladıb.
XəzərNews.az "Hürriyət"ə istinadən xəbər verir ki, Fransa və İtaliya ilə sərhəddə olan Valais bölgəsinin bir dağ qəsəbəsi olan Albinen mərkəzə uzaq olduğundan oradan böyük köç baş verib. Belə ki, azalan əhali ilə birlikdə qəsəbədəki tək məktəb də bağlanıb.

Qəsəbənin əhalisinin 240 nəfərədək azalması rəsmiləri hərəkətə gətirib. Buna görə Albinen qəsəbəsinin əhalisinin sayını artırmaq üçün kənardan gələn ailələrə 70 min İsveçrə frankı (təxmini 60 min dollar) veriləcək. Qəsəbə əhalisi bu qərara səs vermək üçün 30 noyabrda referenduma gedəcək.

Ancaq təbii ki, sadəcə qəsəbəyə yerləşmək bəs etmir və bu məbləği almaq üçün bir neçə şərt var...
İlk şərt müraciət edənin yaşının 45-dən az olmasıdır.
Müraciət edənlərin ən azı 10 il qəsəbədə yaşaması tələb olunur, 10 ildən az qalanların isə bütün ödəmələri geri vermələri tələb olunur.
Qəsəbəyə yerləşənlər öz imkanları ilə yeni bir ev inşa edə bilər və ya qəsəbədə olan evləri yeniləyə bilərlər.

Dağ yamacına yayılmış evlər tipik Valais memarlığının nümunəsidir.

Valais bölgəsinin mərkəzi Siona 7 km məsafədə olan qəsəbə, əsl imkanları olan Visp şəhərindən avtomobillə 35 dəqiqə məsafədə yerləşir.
Albinen bələdiyyə sədri Beat Jost qəsəbənin möhtəşəm bir mənzərəyə sahib sakit bir yer olduğunu deyib.

Xəbər 1680 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +