Bakıda evləri talayan qadın saxlanıldı
“Venesiya”da 55 nəfər nədən zəhərləndi? - Açıqlama
Prezidentin Baş prokurur vəzifəsinə namizədi kimdir?
Yaxın 24 saat ərzində saziş imzalanacaq - Şmıxal
Niqab geyinib məktəbləri gəzir... - Açıqlama-VİDEO
Prezident “IVECO”nun sükanı arxasında - Foto
Rasim Balayev Kino Agentliyinin yeni rəhbərini tanımır - ŞOK
İlham Əliyev Sumqayıtda açılışlar etdi - FOTO
Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski


10.02.2017  14:51 

İtkin neftçilərin ailələrindən ETİRAZ: “Onlara daha inanmırıq, özümüz axtarışlara başlamışıq”





A+  A-


Ailə üzvləri fərdi qaydada "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş qəzada itkin düşən neftçilərin axtarışlarına başlayıb.

Bu haqda Xəzərdə itkin düşmüş neftçilər Güloğlan və Azay Zülfüqarov qardaşlarının yaxın qohumu Hacı Qayıbov məlumat verib.

H. Qayıbov aidiyyatı qurumları məsuliyyətsizlikdə ittiham edib:

“Dənizdən itkin neftçilərə aid əşyalar tapıb “İtkin düşən neftçilərin axtarışının bu formada aparılması bizi narahat edir. Hazırda görünən odur ki, axtarışları yalnız neftçilərin yaxınları aparır. Hadisə olandan bu günə kimi biz özümuz taksi ilə Ələt istiqamətində axtarışlar edirik. Həmçinin, piyada olaraq dəniz sahilində müşahidə aparırıq. İtkin düşən neftçilərin ailə üzvləri, gecə də, gündüz də, yağışda da, qarda da dəniz sahilindədir. Bir neftçinin cəsədi Neftçala ərazindən tapılandan sonra isə ümidimiz artıb ki, bu istiqamətlərdə də tapıla bilər”.

O deyib ki, dövlət qurumları axtarışları davamlı olaraq aparsaydılar, itkinlər çoxdan tapılardı:

“Tapılan iki nəfəri də yerli camaat tapıb aidiyyatı qurumlara xəbər verib.Biri hadisənin səhəri günü, digəri də Neftçalanın Mayak kəndində balıqçılar tərəfindən tapılaraq dövlət qurumlarına xəbər vermişdilər. Burada Hamamdağ adlanan bir yer var. Dənizdə balıqçıların atdığı əşyalar, digər tullantılar həmişə o ərazidə üzə çıxır. Buna görə ümid var ki, o ərazidə nəsə tapılsın və biz də daim o ərazilərdə müşahidə aparırıq. Bir ay öncə özümüz Ələtdə axtarış apararkən Hamamdağ tərəfdə dəniz kənarında neftçilərə aid üzərində “SOCAR” yazılan geyim, onlara məxsus yataq əşyaları, ayaqqabı tapdıq. Həmin əşyaları Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına təhvil verdik. Onlar isə rəhbərliyə məruzə edib əşyaları özlərinin tapdıqlarını bildirdilər. Bizə isə bildirildi ki, həmin əşyalarla bağlı araşdırma aparılıb nəticəsi ilə bağlı bizə də məlumat veriləcək. Amma bugünədək bizə hər hansı məlumat verilməyib”.

H.Qayıbov deyir ki, bir neçə gün sonra itkin neftçilərin tapılmasını tələb edəcəklər:

“İtkin neftçilərin ailələrinə yardım edirlər. Amma heç bir maddiyyat itirilən insanı geri qaytarmaz. Bizdə sanki insan həyatına qarışqa kimi baxılar. Ölüsünün də itkin düşməsini heç kimə razulamır. Bu hadisələrin baş verməsinə səbəb olanların yaxınları 2 ay ərzində tapılmasaydı, dözərdilərmi?! Helikopter dənizin üzərində 15-10 dəqiqə manevr etməsi axtarışdırmı?! Ruslar Qara dənizdə 93 nəfər itkin düşəndə tapdılar, bəs bizimkiləri niyə tapmırlar?!”.

İtkinlərin axtarışı ilə bağlı Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində yaradılan Qərargahdan bildirilib ki, müəyyən edilən sektorlar üzrə itkin neftçilərin axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Rəsmi məlumatda itkin neftçilərin ailə üzvlərinin bu cür fikirlər səsləndirməsinin başadüşülən olduğu bildirilib:

“Başadüşüləndir, onlar əzizlərini, yaxınlarını itiriblər. Amma hər gün Qərargahda itkinlərin axtarış-xilasetmə əməliyyatlarını həyata keçirən insanların haqqına girmək də doğru deyil. Baş vermiş hadisə zamanı itkin düşən neftçilərin ailə üzvləri, axtarışların gedişatı ilə yaxından tanış olmaq üçün, Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Taninma və İzləmə Milli Mərkəzində yaradılan axtarış – xilasetmə qərargahında olublar. İstənilən vaxt, istər helikopterlə, istər gəmilərlə aparılan axtarışlarda iştirak etmək üçün yenidən müraciət edə bilərlər”.

Qərargah itkin neftçilərin axtarışlarının dayandırılmasının tamamilə absurd olduğunu bəyan edib:

“Helikopter bir dövr manevr etdiyi vaxt böyük bir ərazini təsbit etmiş olur. Bizim əlimizdə əməliyyatların videosu, fotoları var. Həm də nəzərə alın ki, proses birbaşa cənab prezidentin nəzarətindədir”.

Xatırladaq ki, 15 dekabr 2016-cı ildə səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi və ona bitişik olan meydançanı, həmçinin üzərindəki yaşayış budkasını da uçurub. 

Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. 

Onlardan İlham Qafarov, Həsənağa Hacıəliyevin meyitləri tapılaraq ailələrinə təhvil verilib.

(modern.az)



Xəbər 1511 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +