Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu


12.02.2024  10:51 

Həcc ziyarətinə sənəd qəbuluna start verildi





A+  A-

Bu gündən Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbuluna start verilib.

Xəzərnews.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.

Bildirilib ki, sənədlərin qəbulu fevralın 12-dən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi QMİ-nin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Ziyarət üçün tələb olunan sənədlər:

1.Ümumvətəndaş pasportu;
2.Şəxsiyyət vəsiqəsinin surəti;
3.3.5×4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4.Sağlamlıq haqqında arayış.

Xatırladaq ki, Həcc ziyarətinin bir nəfər üçün qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Xəbər 9588 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +