Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


28.07.2020  18:16 

“Mövcud status-kvo vəziyyəti qəbuledilməzdir”





A+  A-

“Təcavüzkar və ilhaqçı siyasəti, hərbi təxribatları, mülki şəxsləri hədəfə alaraq, o cümlədən beynəlxalq humanitar hüququ tapdalayan, gündəlik əsasda cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi kobudcasına pozan, bölgədə gərginliyin alovlanması məsuliyyətini bilavasitə daşıyan Ermənistanın nə atəşkəsə riayət olunmasından, nə də təxribatçı əməllərdən çəkinməkdən danışmağa haqqı var”.
XəzərNews.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Nazirliyin rəsmisi qeyd edib ki, bu ilin 12 iyul tarixində iki dövlətin beynəlxalq sərhədinin Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribat öncədən planlaşdırılmış növbəti təcavüz aktı idi. Bu gücdən istifadə cəhdinin bütün məsuliyyəti Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərindədir:

“Ermənistan rəhbərliyinin danışıqlar prosesinin formatını və mahiyyətini qəsdən pozmağa yönəlmiş siyasəti və ziddiyyətli açıqlamaları açıq şəkildə nümayiş etdirir ki, bu ölkə işğala əsaslanan status-quo vəziyyətinin möhkəmləndirilməsinə çalışır. Lakin vurğulamaq istərdik ki, təcavüzkar Ermənistanın danışıqlara hər hansı qeyd-şərt qoymaq və danışıqların formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir.

Bir daha vurğulayırıq ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki mövcud status-kvo vəziyyəti qəbuledilməzdir, çünki o, regional sülh və təhlükəsizlik üçün ciddi təhdid təşkil edir. İşğala əsaslanan status-kvo-nun dəyişdirilməsi üçün Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmalıdır”.

Xəbər 2617 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +