Putin və Tramp sonuncu dəfə nə zaman danışıb?
Enerji içkiləri... - Səssiz müharibə
Aliment Fondu boşanmaları artıra bilər?
Siqaret yenə BAHALAŞDI - Səbəb?
“Araz”da kampaniya adı ilə müştərini aldadırlar
Mirşahin Ağayevin atası rəhmətə gedib
Vüsal Aslanov rəisləri bir-bir işdən çıxarır
Ukraynaya bir aylıq atəşkəs təklif edirlər
Özündən sonra qızı da işdən çıxarıldı
Bahalı avtomobillər yolda yandı


21.08.2017  17:56 

Güləş məşqçiləri arasında qalmaqal - Cavidana görə





A+  A-

Son günlərdə Azərbaycan güləşi ətrafında gedən problemlərə daha biri əlavə olunub.
Bu dəfə problem yeniyetmələr komandasında baş verib.
Belə ki, 63 kq çəki dərəcəsində güləşçi Cavadov Cavidanın şəxsi çalışdırıcısı Aydın Süleymanov saytımıza müraciət edərək yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Bəhram Mürvətovdan şikayətçi olduğunu bildirib. Onun sözlərinə görə yığmanın çalışdırıcısı yetirməsinə qarşı haqsızlıq edib: “Gənclər arasında Avropa çempionatı olacaqdı. Ondan öncə turnirlər var idi.

Cavidan da həmin turnirlərə qatılacaqdı. Çünki orada uğurlu çıxış edənlər qitə birinciliyinə yollanacaqdı. Cavidan beynəlxalq turnirlərdə qızıl medal qazandı, Azərbaycan Güləş Federasiyası kubokunda birinci oldu. Amma Avropa birinciliyinə Vəfadar Cəfərovu apardılar. O da getdi uduzdu. Dedilər ki, Cavidanı dünya çempionatına aparacağıq. Amma sentyabrın 2-də dünya çempionatı başlayacaq. Dünya birinciliyinə az qalıb. Bunlar isə lipa olan Vahid adlı bir idmançını ora hazırlayırdılar. Lakin bu idmançı gedib beynəlxalq turnirləri uduzdu. Ona görə də məcbur indi başqasını hazırlamaq istəyirlər. Niyə uğur qazanan idmançıları yox, onları aparırlar?”.

Aydın Süleymanov Bəhram Mürvətovla bu mövzuda danışdığını da sözlərinə əlavə edib: “Getdim, Bəhramdan bu elədiklərini soruşdum. Dedim ki, bu uşaq çempion olur, medal qazanır amma kənarda qalır. Hansı ki, Cavidanın 8:0 udduğu iranlı idmançı həmin Avropa çempionatına gedən Vəfadı təmiz qələbə ilə udmuşdu. Mənə cavabı bu oldu: mən yaxşı edirəm. Ürəyim kimi istəyir onu da yarışa aparıram. Çempionatda birinci, ikinci, üçüncü yer tutanın deyil, ürəyim istəyən idmançının adını siyahıya salacam. İndi siz məni başa düşürsünüz? Belə şey olmaz. Haqsızlıq edirlər”.

(qafqazinfo.az)

Xəbər 1911 dəfə oxunub.



03.03.2025  12:35 

Siqaret yenə BAHALAŞDI - Səbəb?

03.03.2025  12:33 

Sabahdan havalar qızır

02.03.2025  17:51 

Cem Köksal azadlığa buraxıldı

02.03.2025  15:03 

Sabah güclü külək əsəcək

02.03.2025  12:58 

Nyu-York Trampa qarşı - VİDEO


BÜTÜN XƏBƏRLƏR +