Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq


23.01.2018  18:06 

Adam öldürüb qaçan şəxs həbs edildi





A+  A-

Yanvarın 22-də saat 20 radələrində Tərtər rayon sakini Məhəmməd Əhmədov sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes 208 DKB” markalı, 10-RB-130 dövlət qeydiyyat nişanlı mikroavtobusla rayonun Qaradağlı kəndində hərəkətdə olarkən yolu keçmək istəyən piyada Firdovsi Məmişovu vurub.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, hadisə nəticəsində F.Məmişov yerindəcə vəfat edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263-1.3-cü (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayətin M.Əhmədov tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

M.Əhmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xəbər 1428 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +