Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı


13.02.2025  11:48 

Azərbaycanda nə qədər aktiv vergi ödəyicisi var?





A+  A-

"Azərbaycanda 800 minə yaxın aktiv vergi ödəyicisi var. Onların sayı artmaqda davam edir”.

XəzərNews.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Vergi Xidməti - 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda bildirib.

“Vergi işçilərinin sayı isə 3 minə yaxındır. Bizim bu iki qrup arasında sayda ciddi balansa nail olmaq niyyətimiz yoxdur. Əksinə, niyyətimiz var ki, maksimal şəkildə vergi bazasını daha yığcam, daha çevik və daha az sayda fəaliyyət göstərən kollektiv həyata keçirə bilsin. İnsan kapitalı Vergi Xidməti üçün əsas dəyərdir”, - M.Cabbarov qeyd edib.

İqtisadiyyat naziri həmçinin əlavə edib ki, Azərbaycan iqtisadiyyatı üçün prioritet sahələrdə ciddi vergi güzəştləri tətbiq olunur: “İşğaldan azad edilmiş ərazilərimizin reinteqrasiyasına görə təşviqlər, həssas sosial təbəqələr üçün güzəştlər, özəl sektoru stimullaşdıran addımlar, sənaye parklarında rezidentlər üçün azadolmalar, startaplar üçün stimullar, ekoloji mühiti inkişaf etdirən vergi güzəştlərini qeyd etməliyik. Bunlar ölkəmizdə iqtisadi aktivliyə, sosial rifaha və qeyri-neft sektorunun inkişafına təkan verən mühüm islahatlar paketini təşkil edir.

Vergi sistemində islahatlar və qanunvericilikdə dəyişikliklər “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hədəfləri ilə uzlaşır”.

Xəbər 1690 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +