Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur


01.02.2020  09:53 

Toyuq yumurtasının ən faydalı xüsusiyyətləri





A+  A-

Toyuq yumurtasının insan orqanizmi üçün bir çox xeyri var.
XəzərNews.az “MedikForu.ru” saytına istinadən bildirir ki, Danimarkadan olan ekspertlər bu məhsulun faydalı xüsusiyyətlərini müəyyən edib:

Arıqlamağa kömək edir. Səhər yeməyində bir yumurtanın qəbulu aclıq hissini uzun müddət aşağı salır. Bununla bağlı tədqiqatın nəticələri “Metabolism” elmi jurnalında dərc olunub. Bu isə insanı çox yeməkdən saxlayır. Bu, uzun müddət davam edərsə, yetərincə kilo atmaq mümkündür.

Beynin sağlamlığını möhkəmləndirir. Toyuq yumurtası beynin funksionallığını yaxşılaşdıran hüceyrələri stimullaşdırır. Bunun üçün onların tərkibində lazımi inqrediyentlər var. Yumurta xolin və DHA-nın ən yaxşı mənbəyidir. Onlar körpə beyninin inkişafı və işləməsi üçün vacibdir.

Ürək-damar sistemini möhkəmləndirir. Gündə bir yumurta yemək ürək-damar xəstəlikləri riskini yetərincə aşağı salır. Yumurtanın tərkibində zülal, bir çox vitaminlər və fosfolipid və karotinoid kimi bioaktiv komponentlər var. Yumurta ürəyin sağlamlığı üçün çox faydalıdır.

Qanda şəkərin səviyyəsini nəzarətdə saxlayır. Şərqi Finlandiya Universitetindən olan alimlər sübut etmişdi ki, gündə bir ədəd yumurta yemək diabet riskini aşağı salır.

Xəbər 1681 dəfə oxunub.




29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +