İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib


25.08.2018  12:24 

Azərbaycanda bank keçmiş baş həkimi məhkəməyə verdi





A+  A-

İş adamının bankdan götürdüyü kredit onun məhkəməyə verilməsi ilə nəticələnib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, dərman preparatlarının idxalı və topdan, pərakəndə satışı ilə məşğul olan “Unimed Farm” Məhmud Məsuliyyətli Cəmiyyətinin direktoru Dünyamalı İmaməliyev və ailə üzvləri “AccesBank” tərəfindən məhkəməyə verilib.

Belə ki, ailə özlərinə məxsus şirkətin adına bankdan külli miqdarda kredit götürüblər. Daha sonra isə ödənişlərdə problem yaranıb. “AccesBank” Xətai rayon Məhkəməsinə müraciət edərək kredit müqaviləsi üzrə borcun tutulması və borc tələbinin ipoteka predmetinə yönəldilməsini tələb edib.

İş üzrə “Unimed Farm” MMC-nin direktoru Dünyamalı İmaməliyev, onun oğlu İlham İmaməliyev, Sona İmaməliyeva, qızları Ləman, Türkan, Maral İmaməliyevalar və Heydər Cəfərov cavabdeh kimi prosesə cəlb olunub.

Rayon məhkəməsi bankın iddiasını qismən təmin edib. Cavabdeh H.Cəfərov və bank bu qərardan narazı qalaraq apellyasiya şikayəti verib.

Hazırda işə Bakı Apellyasiya Məhkəməsinin hakimi Raqib Qurbanovun sədrliyi ilə baxılır. Sonuncu iclasda işlə bağlı ekspertiza təyin edilib. Proses ekpertin rəyi bəlli olanadək təxirə salınıb.

Qeyd edək ki, D.İmaməliyev Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini olub və 2015-ci ildə 17 saylı Yasamal III Seçki Dairəsindən deputatlığa namizəd kimi çıxıb edib. O, həmçinin “VİMAY MEDİKAL” klinikasının baş həkimi işləyib. Rəhbəri olduğu “Unimed Farm” şirkəti 2016-cı ildə vergi borcunu uzun müddət ödəmədiyi üçün D.İmaməliyevin ölkədən çıxışına qadağa qoyulmuşdu.

Xəbər 1630 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +