“RR Construction” vətəndaşın evini söküb - Video
“VMR Estetik“in qurbanı: Ayağımdakı deşikdən 10 aydır irin axır
Səfərbərlik Xidmətinin idarə rəisi həbs edilib
Prezident İlham Əliyev və xanımı Çində
Ermənistan müxalifəti Azərbaycanla sülhə qarşı çıxır?
Peskov: “Rusiya ABŞ ilə əlaqələri davam etdirir“
İsveçrə Rusiyanın 8 media orqanına sanksiya tətbiq edib
Yelena Ukraynanın birinci xanımı olmağa hazır deyil
Qaynından əxlaqsız mesajlar aldı, ərinə göstərdi
Ölkənin ən işıqlı gəncini ölümə necə sürüklədilər?


19.07.2023  13:48 

Komitə malın gömrük dəyərini necə müəyyən edir?





A+  A-

Uzun illərdi ki, Dövlət Gömrük Komitəsində malın gömrük dəyərini müəyyən etmək problemli və əsas narazılıq doğuran məsələ olub. İndi də belədir. İdxal ilə məşğul olan sahibkarlar bəzən Çindən gətirdikləri malın az qala yarısı qədər gömrük ödənişinin edilməsi ilə üzləşdiklərini bildirirlər. Onlar iddia edirlər ki, gömrük orqanları idxal edilmiş mallara olduğundan daha böyük gömrük dəyəri müəyyən edirlər.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz çıxış edib.

O.Gündüz bildirib ki, gömrük dəyərinin hesablanması üçün ağlabatan bir üsul indiyədək ortada yoxdur:

"Xatırlayıram ki, DGK -da əvvəllər bununla bağlı nəhəng bir departament də yaratmışdılar. Amma normal bir mexanizm ortaya çıxmadı. DGK indiyədək bir xeyli faydalı rəqəmsal həllər və elektron xidmətlər formalaşdırıb. Smart Customs bir çox problemlərin anında həll olunmasına kömək edir. Amma malın gömrük dəyərinin müəyyən edilməsi üçün daha effektiv olan rəqəmsal həll formalaşdırmağa nədənsə diqqət yetirilməyib".

O.Gündüz əlavə edib ki, ötən günlər DGK bu quruma olan müraciətlərlə bağlı bir məlumat paylaşıb:

"Bu statistikadan görsənir ki, DGK-ya olan müraciətlərin az qala yarısı fiziki şəxslərin "İMEİ kodlar problemi" və "Karqo problemi" ilə, yəni vətəndaşların şəxsi məqsəd üçün gətirdikləri mallarla bağlı olub. Yəni, bu nəhənglikdə dövlət xidmətinə olan müraciətlər əsasən fiziki şəxslərin bəyan etməsi ilə bağlı olub. Düşünürəm ki, burada nəsə doğru deyil. Hazırda bu sektorda aparılan islahatlar, gömrük xidmətində struktur dəyişiklikləri, bu sektordakı strateji hədəflər daha çevik və effektiv mexanizmlərin yaradılmasını şərtləndirir".

O.Gündüz deyib ki, beynəlxalq təcrübəyə nəzər salanda görmək mümkündür ki, bu tip məsələlər tam rəqəmsallaşıb:

"İndi hökumət gömrük dəyəri ilə bağlı yeni Qaydalar hazırlayır. Ümid edirəm DGK-nın yeni rəhbərliyi də uzun illərdən bəri mövcud olan bu problemin, malın gömrük dəyərinin qısa zamanda müəyyən edilməsi üçün ağlabatan bir mexanizm, rəqəmsal bir resurs formalaşdıra biləcək. Fikrimcə, gömrük xidmətində resurslar cari xarakterli işlərə deyil, gömrük proseslərinin rəqəmsal transformasiyasına yönəldilməlidir".

Xəbər 1270 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq

22.04.2025  11:14 

Naziri restoranda qarət etdilər

22.04.2025  10:43 

Kolleclərə yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +