Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


16.07.2019  09:14 

Şaurma reklamı qalmaqala səbəb oldu - Polisə şikayət edildi





A+  A-

Rusiya pravoslav kilsəsinin Perm eparxiyası "Şaurma ne za qorami" (“Şaurma uzaqda deyil”) kafesinin reklamına görə polisə ərizə ilə müraciət edib.
XəzərNews.az bildirir ki, bu barədə “Properm.ru”ya eparxiyanın katibi Andrey Litovka məlumat verib.

Katibin fikrincə, inanclı insanların hisslərini təhqir edən (Rusiya Cinayət Məcəlləsinin 148-ci maddəsi) reklamla bağlı yoxlama keçirmək lazımdır. Litovka bildirib ki, eparxiyaya “narazı insanlardan çox sayda telefon zəngləri daxil olur”.

Daha əvvəl sözügedən reklamı ailə, anaların və uşaqların qorunması məsələləri üzrə Patriarx Komissiyasının sədri Dmitri Smirnov tənqid etmişdi. O, kilsənin bu cür yolla piar aparılmasına mənfi münasibət bəslədiyini bildirmişdi.

Qeyd edək ki, tənqid edilən reklamda xristian obrazlarından istifadə olunub. Fotoda kilsə şəhidi obrazında olan yarıçılpaq model “ilahi şaurma”ya sevgisini etiraf edir. Hazırda həmin paylaşım kafenin “Vkontakte” sosial şəbəkəsindəki hesabından silinib.

Xəbər 1542 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +