Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


29.04.2023  10:37 

Lerikin işıq dərdi və tələf olan mal-qara... - Foto





A+  A-

İki gün əvvəl əvvəl Lerik rayonunun Qələbin kəndində elektik cərəyanı vurması nəticəsində iribuynuzlu heyvanlar – 7 aylıq boğaz inək və kəl tələf olub. İki təsərrüfata 5000 manat civarında ziyan dəyib.

XəzərNews.az bu barədə “Lerik” səhifəsi sakinlərə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, rayonda sovetdən qalma dirəklər də artıq yoxdur. Yerinə isə kənd camaatı əlacsızlıqdan hər saniyəsində təhlükə mənbəyi olan adi ağac parçaları basdırırlar ki, heç olmasa evlərində bir çıraq yansın:

“Bu ağaclar yağışlı, küləkli Talış dağlarında bir neçə aya çürüyür sıradan çıxır.

Şəkildə gördüyünüz kimi elektrikötürücü xətlər bir neçə müddət imiş ki, göydən əlini üzübmüş. Bu xətlər möhkəm yağış yağan gün təkcə Rəşdo obadakı evləri çılçırağa qərq etməyib, bütün ətraf meşə ağaclarını, meşə və örüşdəki heyvanları yaş təbiət vasitəsilə elektrikləşdirib.

Vətəndaşın şikayətini əsaslı olaraq burda paylaşırıq ki, Azərişıq qeyd edilən problemlə yerində maraqlanıb, bu problemi aradan qaldırsın. O qurban mal-qara deyil, hər hansı bir sakin ola bilərdi”.




Xəbər 1423 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +