Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


18.04.2023  15:57 

“Formula 1”, bezən insanlar, narazılıq yaradan qurumlar... - Video





A+  A-

Avtosfer.az saytının rəhbəri nəqliyyat ekperti Elməddin Muradlı şəxsi “Facebook” hesabında canlı yayım açaraq, son dönəmlərdə paytaxt Bakıda tıxacın artması mövzusuna toxunub.

Ekspertin sözlərinə görə, Bakı Şəhər Halqasının, yəni “Formula 1 Azerbaijan Grand PRIX”in təşkilatçıları, digər dövlət qrumlarlını saymadan, özbaşınalıq edərək yollarda hərəkəti məhdudlaşdırır və istiqaməti dəyişir. Xəbərdarlıq edilən vaxta bir neçə gün qalmış yolları bağlayır və nəticədə belə hallarla qarşılaşırıq.

““Formula 1” təşkilatçıları özbaşınalığa son qoymalı, təyin edilmiş qrafikə əsasən hərəkət etməli, eyni zamanda Bakı şəhərində hərəkətin təşkili və təhlükəsizliyinə cavabdeh olan dövlət qrumları ilə yəni, Bakı Nəqliyyat Agentliyi və Dövlət Yol Polisi İdarəsi ilə qarşılıqlı əməkdaşlıq etməlidirlər.”

Ekspert, özbaşına yol bağlamaq, istiqamət dəyişməyin onların ixtiyarında olmadığını və belə bir halın mümkünsüz olduğunu da vurğulayıb.

Sonda Elməddin Muradlının sözlərini əsas götürərək, üzümüzü Bakı Şəhər Halqasının icraçı direktoru cənab Maqsud Fərzullayevə tuturuq. Bu layihənin məqsədi Azərbaycan xalqının mədəni və maddi vəziyyətlərinin düzəldilməsi üçün nəzərdə tutulub, onların işlərini çətinləşdirib əsəblərini sıradan çıxartmaq üçün deyil. Odur ki, ixtiyarınızda olmayan qərarlar verməsəniz daha yaxşı olar.



Xəbər 1112 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +