Qarabağın oyununda dava -VİDEO
Fuad Nağıyevə sərt ittihamlar - “Tahir Əmiraslanovu Şuşadan qovdu”
Donetskdə matəm elan edildi
London Parisin strateji səhvini düzəltdi
AAAF parkda 14 saatdır su gəlmir - ŞİKAYƏT
Elmlə məşğul olanlar bu boşluqda əzilir... - Alim
Ruslar Ukraynaya 3 “İsgəndər” raketi atdı
İstilər başladı...
Azərbaycanda kartof bahalaşdı - Video
Əhəd Abıyev villasını 2 milyon dollara satır - Video


06.03.2025  14:55 

“Laser Beauty Clinic“ nazirliyin qərarına əməl etmir





A+  A-

Xəbər verdiyimiz kimi, "Laser Beauty Clinic"in filialının lisenziya əlavəsi dayandırılıb. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, Səhiyyə Nazirliyinin bir müddət əvvəl apardığı yoxlamalar nəticəsində "Laser Beauty Clinic”in filiallarından birində (Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi) nöqsanlar aşkar edilib və klinikanın lisenziyasının dayandırılması və ya ləğvi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət daxil olub.

Məlumata görə, Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün "Laser Beauty Clinic”in həmin filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati akti ilə dayandırılıb, hazırda fəaliyyəti dayandırılmış filiala martın 12-dək nöqsanların aradan qaldırılması üçün müddət qoyulub.

XəzərNews.az-ın Qaynarinfo-ya istinadən əldə etdiyi məlumata görə, nazirliyin qərarına baxmayaraq, "Laser Beauty Clinic" klinikasının İsmayılbəy Qutqaşınlı küçəsindəki filialı fəaliyyətini davam etdirir. Belə ki, filialda kosmetoloji prosedurlar həyata keçirilir.

Bunu dəqiqləşdirmək üçün klinikanın saytında yerləşdirilən telefon nömrəsinə zəng etdik. Bildirildi ki, filial həqiqətən fəaliyyət göstərir. O da qeyd edildi ki, klinika hazırda pasiyent qəbulunu davam etdirir.

Göründüyü kimi, "Laser Beauty Clinic" Səhiyyə və İqtisadiyyat nazirliklərinin qərarlarının əməl etməyərək, öz fəaliyyətini davam etdirir.


Xəbər 737 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.03.2025  01:12 

Qarabağın oyununda dava -VİDEO

08.03.2025  14:52 

Donetskdə matəm elan edildi

08.03.2025  12:43 

İstilər başladı...


BÜTÜN XƏBƏRLƏR +