Ceyhun Bayramov Abu-Dabiyə səfər edib
ATƏT Krivoy Roqa görə təcili iclas çağırdı
Ədalət Verdiyev azadlığa buraxıldı
Kiyevdə mənzil kirayələri ucuzlaşıb - Qiymətlər
53 nəfərin mənzilindən qaz sayğaclarını oğurlayıblar
51 nəfərin diplomu tanınmayıb - Səbəb?
Xanlar Vəliyev vəzifəsindən gedir?
“AFB Bank” kredit faizlərini artırıb
“Optimal Electronics“in külli miqdarda borcu var
Qazi Hacı Vəliyev həbsdə qaldı


20.09.2023  17:47 

Həbsdə olan sabiq icra başçısının əmlakı ilə bağlı qərar verildi





A+  A-

Cəlilabadın həbsdə olan keçmiş icra başçısı Namiq Zeynalovun əmlaklarının müsadirə edilməsi ilə bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

XəzərNews.az Report-a istinadla xəbər verir ki, Ali Məhkəmədə keçirilən iclasda tərəflərin şikayətləri dinlənilib.

Eks icra başçısının oğlanları-Rəsul və Fərid Zeynalovlar əmlakların müsadirədən azad olunmasını xahiş ediblər.

Məhkəmə müsadirə ilə bağlı qərarda hər hansı qanunsuzluq olmadığı üçün şikayəti rədd edib. Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Namiq Zeynalov 2021-ci ildə həbs edilib. O, xüsusilə külli miqdarda mənimsəmə, israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət almaqda təqsirli bilinib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, iş üzrə üzərinə həbs qoyulmuş ümumi dəyəri 2 milyona yaxın olan-fərdi yaşayış evləri, "Lexus" markalı minik avtomobili, müxtəlif təyinatlı torpaq sahələri dövlət nəfinə müsadirə edilib.

Xəbər 1645 dəfə oxunub.




07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +