Ceyhun Bayramov Abu-Dabiyə səfər edib
ATƏT Krivoy Roqa görə təcili iclas çağırdı
Ədalət Verdiyev azadlığa buraxıldı
Kiyevdə mənzil kirayələri ucuzlaşıb - Qiymətlər
53 nəfərin mənzilindən qaz sayğaclarını oğurlayıblar
51 nəfərin diplomu tanınmayıb - Səbəb?
Xanlar Vəliyev vəzifəsindən gedir?
“AFB Bank” kredit faizlərini artırıb
“Optimal Electronics“in külli miqdarda borcu var
Qazi Hacı Vəliyev həbsdə qaldı


09.09.2021  13:47 

Eldar Həsənov məhkəmənin qapalı keçirilməsini istədi





A+  A-

Azərbaycanın həbsdə olan keçmiş baş prokuroru, sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
XəzərNews.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda vəkillər Eldar Həsənovun şüşə qəfəsdən çıxarılaraq, məhkəmə zalında əyləşməsi ilə bağlı vəsatət verib.

Məhkəmə vəsatəti təmin edib və E.Həsənov qəfəsdən çıxarılıb.

Daha sonra vəkillər Eldar Həsənovun səhhətində problemlər olduğunu bildiriblər. Müdafiəçilər bu əsasla onun ev dustaqlığına buraxılaraq xəstəxanaya yerləşdirilməsi ilə bağlı vəsatət veriblər. Vəkillərin digər vəsatəti isə prosesin qapalı keçirilməsi ilə bağlı olub.

Məhkəmə vəsatətləri təmin etməyib.

Eldar Həsənov bildirib ki, məhkəməyə ağrılarla gəlir: "Bu günədək Azərbaycanda səfir həbs olunmayıb. Əgər sağ qalsam, mübarizəmi sona qədər aparacağam. Əgər ölsəm, nəslimdə 61 hüquqşünas var. Ən azı onlardan biri mənim hüquqlarımı müdafiə edəcək. Bunu vəsiyyətimə də yazmışam.

Mənim məhkəmədə verəcəyim ifadə Azərbaycanın dövlətlərarası münasibətlərinə mənfi təsir edə bilər. Ona görə xahiş edirəm ki, proses qapalı keçirilsin".

Daha sonra prokuror ittiham aktı elan etməyə başlayıb, hazırda prosesdə fasilə verilib.

Xəbər 2731 dəfə oxunub.




07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +