ATƏT Krivoy Roqa görə təcili iclas çağırdı
Ədalət Verdiyev azadlığa buraxıldı
Kiyevdə mənzil kirayələri ucuzlaşıb - Qiymətlər
53 nəfərin mənzilindən qaz sayğaclarını oğurlayıblar
51 nəfərin diplomu tanınmayıb - Səbəb?
Xanlar Vəliyev vəzifəsindən gedir?
“AFB Bank” kredit faizlərini artırıb
“Optimal Electronics“in külli miqdarda borcu var
Qazi Hacı Vəliyev həbsdə qaldı
Bəxtiyar Hacıyevin şikayəti təmin olunmayıb


04.09.2021  13:49 

Lənkəran-Astara zonasında leysan olub





A+  A-

Bu gün saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, Lənkəran-Astara zonasında leysan xarakterli intensiv və güclü olub, bəzi rayonlarda güclü şimal-qərb küləyi əsib.
XəzərNews.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağışın miqdarı: Astarada 89.0 mm (aylıq normanın 45 %-i), Lənkəranda 43.0 mm (aylıq normanın 25 %-i), Qubada 11.0 mm, Altıağacda 7.0 mm, Sarıbaş (Qax), Şabran, Xınalıq, Xaltanda 4.0 mm, Qrız, Qusarda 3.0 mm, Lerik, Yardımlıda 2.0 mm, Göytəpə, Biləsuvar, Daşkəsən, Yevlax, Nabran, Kişçay (Şəki), Kürdəmir, Bakıda və Abşeron yarımadasında: Bakı, Maştağa, Sumqayıtda 1.0 mm-dək olub.

Külək: sentyabrın 03-ü axşam 04-nə keçən gecə bəzi rayonlarda şimal-qərb küləyinin maksimal sürəti 30 m/s, Bakıda və Abşeron yarımadasında 28 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.6 metrə çatıb.

Sentyabrın 4-ü səhər saatlarından güclü şimal-qərb küləyi 9-13 m/s-dək zəifləyib.

Havanın maksimal temperaturu: Bakıda 30°-dək isti olub.

Qeyd edək ki, bu gün gündüz saatlarından ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Xəbər 2402 dəfə oxunub.




07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +