Yeni tikili binalarda qaraj fırıldağı - VİDEO
CHP-li bələdiyyə başqanı Öcalanı təhqir etdi: “Erməni atan...”
Ceyhun Bayramov Abu-Dabiyə səfər edib
ATƏT Krivoy Roqa görə təcili iclas çağırdı
Ədalət Verdiyev azadlığa buraxıldı
Kiyevdə mənzil kirayələri ucuzlaşıb - Qiymətlər
53 nəfərin mənzilindən qaz sayğaclarını oğurlayıblar
51 nəfərin diplomu tanınmayıb - Səbəb?
Xanlar Vəliyev vəzifəsindən gedir?
“AFB Bank” kredit faizlərini artırıb


01.02.2020  12:23 

MSK İT mütəxəssisləri seçki gününə hazırlayır





A+  A-

Bu gün Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının İT mütəxəssisləri üçün seminarlara başlayıb.
XəzərNews.az xəbər verir ki, seçki günü məlumatlarının operativ şəkildə ictimailəşdirilməsi və şəffaflığın daha yüksək səviyyədə təmin edilməsi məqsədilə Komissiya bu gündən etibarən növbəti əhəmiyyətli layihəyə start verib.

Dairə Seçki Komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün keçirilən seminarların başlıca hədəfi İT mütəxəssislərinin Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin ümumi fəaliyyəti və yenilənərək daha da təkmilləşdirilən imkanları barədə aydın və ətraflı məlumatlandırmaq, habelə sistem üzərindən tətbiq olunan proqram təminatlarından praktiki istifadə etməklə mütəxəssisləri maraqlandıran sualları əyani şəkildə izah etməkdən ibarətdir.

Layihənin mahiyyətindən irəli gələrək seminarlar çərçivəsində İT mütəxəssislərinə Milli Məclisə seçkilər günü seçicilərin fəallığı ilə yanaşı, səsvermənin nəticələri ilə bağlı protokol məlumatlarının Mərkəzi Seçki Komissiyasına birbaşa ötürülməsi üçün xüsusi proqram modullarından praktiki məşğələlərlə test rejimində işləmək imkanı da yaradılır.

Xəbər 1518 dəfə oxunub.




07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!

07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +