Ceyhun Bayramov Abu-Dabiyə səfər edib
ATƏT Krivoy Roqa görə təcili iclas çağırdı
Ədalət Verdiyev azadlığa buraxıldı
Kiyevdə mənzil kirayələri ucuzlaşıb - Qiymətlər
53 nəfərin mənzilindən qaz sayğaclarını oğurlayıblar
51 nəfərin diplomu tanınmayıb - Səbəb?
Xanlar Vəliyev vəzifəsindən gedir?
“AFB Bank” kredit faizlərini artırıb
“Optimal Electronics“in külli miqdarda borcu var
Qazi Hacı Vəliyev həbsdə qaldı


19.03.2024  18:14 

Aqil Qurbanova daha bir vəzifə verildi





A+  A-

Martın 18-də “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib.

Xəzərnews.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb. Məlumata görə, toplantıda Müşahidə Şurasının sədri Aqil Qurbanov, Şuranın üzvləri Hidayət Əzimov və Anar Məmmədov iştirak ediblər.

İclasda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 sentyabr tarixli Fərmanından irəli gələn tapşırıqların icra statusu və “Azərsilah” Müdafiə Sənayesi Holdinqi”nin 2024-cü il üçün fəaliyyət istiqamətləri üzrə planları dinlənilərək müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, Aqil Qurbanov 27.02.2023-cü il tarixdən Prezident İlham Əliyevin Sərəncamı ilə müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

13.07.2023-cü il tarixdən Prezident İlham Əliyevin Sərəncamı ilə müdafiə nazirinin müavini - Baş direktor vəzifəsinə təyin edilib.

Xəbər 1365 dəfə oxunub.




07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +