Ceyhun Bayramov Abu-Dabiyə səfər edib
ATƏT Krivoy Roqa görə təcili iclas çağırdı
Ədalət Verdiyev azadlığa buraxıldı
Kiyevdə mənzil kirayələri ucuzlaşıb - Qiymətlər
53 nəfərin mənzilindən qaz sayğaclarını oğurlayıblar
51 nəfərin diplomu tanınmayıb - Səbəb?
Xanlar Vəliyev vəzifəsindən gedir?
“AFB Bank” kredit faizlərini artırıb
“Optimal Electronics“in külli miqdarda borcu var
Qazi Hacı Vəliyev həbsdə qaldı


19.03.2024  14:35 

Qeyri-adi səmənilər cücərdən qadın - FOTO





A+  A-

“10 ildir ki, səməni cücərdirəm. Səməni gözəllik, zəriflik, bolluq deməkdir. Heç əbəs yerə deyil ki, buğdadan cücərdilir. Buğda da bərəkətdir. Öncə xəritə formasında səmənilər cücərtməyə başladım. Qarabağımız, ələxsus da mənim yurdum, doğma Kəlbəcərimiz işğalda idi. Xəritələrdə işğalda olan bölgələrimizi sadəcə buğda ilə işarə edirdim, oranı cücərtmirdim. O qədər ürək ağrısı ilə bunları edirdim ki... Göz yaşlarım sel olub buğdaların üstünə tökülürdü.. Həmin hissələri bayrağımızla qeyd edirdim. Qarabağımız işğal altında idi, orada həyat, canlanma yox idi. Şükürlər olsun ki, Qarabağımız işğaldan azad olundu. Bundan sonra o hissələri də sevə-sevə cücərdirəm. Hər zaman vətənimizdə sevinc, bolluq olsun. Bayramımız mübarək”.

Xəzərnews.az xəbər verir ki, bunu Moderator.az-a qeyri-adi səmənilər cücərdən Samirə İbrahimova deyib.

“Bir ay əvvəl bu cücərtməyə başlayacağım formaların şəkillərini kağız üzərində çəkirəm və daha sonra istənilən formada kəsirəm. Azərbaycanın və Türkiyənin xəritələri, Gerb, Ulduz, Xarıbülbül və s. digər formalarda səmənilər cücərdirəm. Buğdaları 2 gün suda, 1 gün isə parçanın içində saxlayıram. 5 günə buğda cücərir. Bu və digər formada olan səmənilər 2 həftəyə yaşıllaşır. Buğda ilə də cücərdillər, arpa ilə də. Səmənilərimi öncə şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarının ailələrinə, məktəb və idarələrə verirəm, sonra isə Şəhidlər Xiyabanına aparıram.

Bu səməniləri satmaq məqsədilə cücərtmirəm. Heç kim deyə bilməz ki, mən kiməsə səməni satmışam”, - deyə Samirə xanım bildirib.

Samirə İbrahimova doğma Kəlbəcərinə qovuşduğu günü belə xatırlayır.

“Biz Kəlbəcər rayonundanıq. Torpaqlar işğal olunanda 6 yaşım var idi. Vətənimi çox sevirəm. Şükürlər olsun vətənimiz azaddır. Gedib torpağımı ziyarət etdim, evimizə getdim, torpağını öpdüm. Ora gedəndə özümlə buğda da aparıb torpağa səpdim və arzu etdim ki, tezliklə buranın suyu, torpağı ilə səməni cücərdim. Kəlbəcər çox gözəldir”, - deyə müsahibimiz bildirib.







Xəbər 1566 dəfə oxunub.




07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +