Ceyhun Bayramov Abu-Dabiyə səfər edib
ATƏT Krivoy Roqa görə təcili iclas çağırdı
Ədalət Verdiyev azadlığa buraxıldı
Kiyevdə mənzil kirayələri ucuzlaşıb - Qiymətlər
53 nəfərin mənzilindən qaz sayğaclarını oğurlayıblar
51 nəfərin diplomu tanınmayıb - Səbəb?
Xanlar Vəliyev vəzifəsindən gedir?
“AFB Bank” kredit faizlərini artırıb
“Optimal Electronics“in külli miqdarda borcu var
Qazi Hacı Vəliyev həbsdə qaldı


19.03.2024  09:03 

Səhiyyə Nazirliyi əhaliyə müraciət edib





A+  A-

Yaz mövsümi ilə əlaqədar insanların immun sistemində müəyyən təbii dəyişikllikər baş verir.

Bu barədə Xəzərnews.az -a Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, infeksiyaların yayılması insanların yoluxmasına və xəstələnmə hallarına səbəb olur. İlk növbədə hava-damcı yolu ilə yayılan qrip və digər respirator virus infeksiyalarına yoluxma hallarına daha çox rast gəlinir. Hərarəti yüksək olan, yuxarı tənəffüs yollarının zədələnməsi əlamətləri, yəni asqıraq, öskürək, burunaxma və ya buruntutulması, boğaz ağrısı müşahidə edilənlər təmasda olduğu digər şəxsləri yoluxdurmamaq üçün gigiyenik vasitələrdən istifadə etməlidirlər.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi qarşıdan gələn Novruz Bayramı ilə əlaqədar qeyri-iş və istirahət günlərində əhalinin sağlamlığının qorunması, yoluxma hallarının qarşısının alınması məqsədilə insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, ümumi gigiyena tələbləri, habelə digər profilaktik qaydalara riayət olunmasını tövsiyə edir.

Eyni zamanda, ilin bu mövsümündə orqanizmin immun sisteminin gücləndirilməsi məqdəsilə gündəlik qidalanma rejiminə vitamin və minerallarla zəngin məhsulların daxil edilməsi vacibdir.

"Unutmayaq ki, sağlamlığımız öz əlimizdədir. Hər bir vətəndaş sağlamlığına xüsusi həssaslıq və məsuliyyətlə yanaşmalı, özünü və ətrafdakıları infeksiyalara yoluxmadan qorumalıdır", - deyə Nazirlioyin müraciətində vurğulanır.

Xəbər 959 dəfə oxunub.




07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +