Ceyhun Bayramov Abu-Dabiyə səfər edib
ATƏT Krivoy Roqa görə təcili iclas çağırdı
Ədalət Verdiyev azadlığa buraxıldı
Kiyevdə mənzil kirayələri ucuzlaşıb - Qiymətlər
53 nəfərin mənzilindən qaz sayğaclarını oğurlayıblar
51 nəfərin diplomu tanınmayıb - Səbəb?
Xanlar Vəliyev vəzifəsindən gedir?
“AFB Bank” kredit faizlərini artırıb
“Optimal Electronics“in külli miqdarda borcu var
Qazi Hacı Vəliyev həbsdə qaldı


18.03.2024  14:36 

“Əvvəl də at kimi kişnəyən müğənniciklər var idi”





A+  A-

“Sovet dövründə “bozbaş müğənni” anlayışı yox idi. Çünki müğənnilik ciddi sənət sayılırdı və bu işlə səsi, musiqi duyumu olan adamlar məşğul olurdu. Buna görə də o dövrün sənət adamları indi də sevilə-sevilə dinlənilir”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, əlbəttə, hamı Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, Bülbül ola bilməz: “O dövrdə də səsi olmayan, at kimi kişnəyən müğənniciklər var idi. Amma onlar publika qarşısında çıxış etmir, efirə çıxmırdılar”.

Seymur Verdizadə sözlərinə belə davam edib: “Problem odur ki, at kimi kişnəyənlər indi efirlərdən düşmürlər. Elə qadın müğənnilər var ki, onların əlindən ancaq bozbaş bişirmək gəlir.

Görünür, öz işləri ilə məşğul olmayıb, musiqi kimi ciddi işə qol qoyduqları üçün xalq onları “bozbaş müğənni” adlandırır.

Məncə, bu, həmin adamları aşağılamaq üçün istifadə edilən ifadədir. Düşünürəm ki, burada aşağılanan təkcə o müğənnilər deyil, həm də milli yeməyimiz sayılan bozbaşdır. Mən o adamların dadlı-duzlu boşbaş bişirib süfrəyə çıxaracaqlarına da şübhə edirəm”.

Xəbər 1307 dəfə oxunub.




07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +