Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


27.02.2023  21:17 

Ukrayna Ali Radasının deputatları Bakıdadır - Foto





A+  A-

Ukrayna Ali Radasında Azərbaycan Respublikası ilə parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Bakıda rəsmi səfərdədir.

XəzərNews.az xəbər verir ki, nümayəndə heyətinə parlamentlərarası dostluq qrupunun sədri Volodımır Kreydenko, millət vəkilləri Mikola Qaluşko və Anton Şvaçko, habelə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov daxildir. Bu gün qonaqların Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ilə keçirdikləri görüş zamanı parlament diplomatiyası, Ukrayna – Azərbaycan ikitərəfli əməkdaşlığının daha da dərinləşməsi məsələləri müzakirə olunub.

Bundan sonra Ukrayna parlamentinin nümayəndələri xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən qəbul olunublar. XİN rəsmisi Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, Ukrayna xalqına humanitar dəstək də göstərdiyini vurğulayıb. Bununla yanaşı, dostluq qrupunun rəhbəri Volodımır Kreydenko da azərbaycanlı millət vəkiləri və Azərbaycan hökuməti üzvlərini yaxın vaxtda Ukraynaya səfərə dəvət etdiyini diqqətə çatdıraraq Ukraynanın da Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini, göstərilən humanitar yardımlara görə də minnətdar olduğunu bildirib. Görüşdə həmçinin Milli Məclisdə Ukrayna ilə parlamentlərarası dostluq qrupunun sədri Rüfət Quliyev və Urayna səfiri Vladislav Kanevski də iştirak edib.

Daha sonra Ukrayna nümayəndə heyəti Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətovla görüşüb. Söhbət zamanı iki ölkə arasında nəqliyyat, logistika, infrastruktur sahələrində qarşılıqlı faydalı əməkdaşlıq məsələləri müzakirə olunub.

Səfərin növbəti gün proqramında da iki ölkənin rifahına yönələn qarşılıqlı dəstəyə əsaslanan ikitərəfli layihələrin həyata keçirilməsi məqsədi daşıyan bir sıra mühüm görüşlər nəzərdə tutulur.








Xəbər 990 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +