Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


16.02.2023  09:29 

Mübariz Mənsimov 25 milyon TL yardım edib





A+  A-

Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə tək ürək” adı altında zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçirib.

Azərbaycanlı iş adamı, “Palmali Holding”in prezidenti Mübariz Mənsimov da bu kampaniyada iştirak edib.

Belə ki, Mübariz Mənsimovun nümayəndəsi canlı efirdə tanınmış türkiyəli sənətçi Hülya Avşara zəng edərək “Palmali Holding” rəhbərinin də ianələrə qoşulmaq istədiyini bildirib.

Hülya Avşar ianələri qeyd edərək onları canlı efirdə səsləndirib. Bunlar 2 milyon türk lirəsi, 200 prefabrik ev, 130 çadırdan ibarət çadır şəhərciyi, mənzil tikintisində 100 evin tikilməsində sponsorluq və 500 tələbəyə təhsil dəstəyindən ibarət olub.

Qeyd edək ki, bundan başqa, “Palmali Holding”in zəlzələdə zərərçəkənlər üçün fərdi olaraq başlatdığı yardım kampaniyasının dəyəri 25 milyon TL-ni ötüb./“Qafqazinfo”

Xəbər 1046 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +