Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


27.01.2021  11:37 

Fərmanın cənazəsi Bakıya gətirildi





A+  A-

Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalan “Motsart” gəmisində həyatını itirən azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Qabondan İstanbula gətirilib, oradan isə Azərbaycana yola salınıb.
XəzərNews.az DHA-ya istinadən xəbər verir ki, F. İsmayılovun nəşi Türkiyə Hava Yollarına məxsus hava gəmisi ilə Vətənə göndərilib.

Onun cənazəsini daşıyan təyyarə Türkiyə vaxtı ilə saat 07:25-də Bakıya doğru hərəkət edib.

Qeyd edək ki, “Motsart” adlı gəmi yanvarın 23-də Nigeriyanın Laqos şəhəri yaxınlığında dəniz quldurlarının hücumuna məruz qalıb. 19 nəfərlik heyətdən 15-i qaçırılıb, Fərman İsmayılov isə qətlə yetirilib.

***

Trend-in məlumatına görə, artıq Fərman İsmayılovun nəşi bir neçə dəqiqə əvvəl Bakı hava limanına çatdırılıb.

Xəbər 2180 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +