Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


04.08.2018  14:23 

Azərbaycandan qanunsuz 100 min çıxararkən saxlanıldı





A+  A-

Ölkədən 100 min manat çıxarmaq istəyən şəxs saxlanılıb.
Dövlət Gömrük Komitəsindən XəzərNews.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda milli valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətinə bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Bakı-Dubay aviareysilə getmək istəyən İran İslam Respublikasının vətəndaşı "yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçsə də, onun baqajı rentgen aparatında yoxlanılarkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Vətəndaş saxlanılıb və onun yükləri təkrar yoxlanılıb.

Yoxlama zamanı, vətəndaşın iki çamadanından birində 45.000 AZN, digərində 40.000 AZN, əl yükü olan çantasında isə 15.000 AZN olmaqla, cəmi 100.000 Azərbaycan manatı aşkar edilib.

Xəbər 1699 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +