Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


04.11.2022  14:45 

Zəfər Forumu keçirilir - Fotolar





A+  A-

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə paytaxtda 10 noyabr Zəfər Gününə həsr olunan Zəfər Forumu keçirilir.

XəzərNews.az xəbər verir ki, Forumda dövlət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak edirlər.

Formu polkovnik Abdulla Qurbani aparır.

Forumda Prezident Adminstrasiyasının sektor müdiri Vüsal Quliyev çıxış edib. Bildirib ki, vətəndaş cəmiyyəti institutları şəhidlərin xatirəsini yaşatmaq üçün hər cür vasitələrdən istifadə etməlidirlər.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva QHT-lərin bu prosesdə fəal rol oynadıqlarını bildirib: " Zəfərimizin əbədi olması üçün hamı əlindən gələni etməlidir".

Sonra Forum çərçivəsində keçirilən tədbirlərin video görüntüləri izlənilib.

Xatırladaq ki, Ümumrespublika Forumu Gəncə, Biləsuvar, Ağdam, Sabirabad, İsmayıllı, Ağstafa, Qusarda keçirilib.




Lalə Zahidqızı
XəzərNews.az

Xəbər 1054 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +