Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


27.01.2022  14:04 

Bəzi yerlərdə qar yağacaq- Hava proqnozu





A+  A-

Azərbaycanda yanvarın 28-nə gözlənilən hava proqnozu açıqlanıb.

XəzərNews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 1-3°, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yanvarın 28-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənməsi, yağıntılı və soyuq diskomfort hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 14-18° şaxta, gündüz 0-5° şaxta olacaq.

Xəbər 1659 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +