Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


10.12.2021  13:28 

Tanınmış jurnalistə hücum oldu





A+  A-

Novxanıda “Range Rover”lə 4 nəfərin ölümünə səbəb olan iş adamı Elşad Kəlbəliyevin məhkəmə prosesini işıqlandırmaq üçün məhkəmə binasında olan "Yeni Müsavat"ın reportyoru İlkin Muradov hücuma məruz qalıb.

XəzərNews.az xəbər verir ki, bu barədə İ.Muradov özü məlumat yayıb.

Onun sözlərinə görə, Elşad Kəlbəlıyevin qohumu olan Nicat Məmmədov adlı şəxs məhkəmə zalında ondan kim olduğunu soruşub, İ.Muradov ona izahat verməyə borclu olmadığını deyib və əvəzində həmin şəxsin təhqirləri ilə üzləşib.

Daha sonra müttəhimin qohumu elə məhkəmə binasındaca jurnalistə fiziki təzyiq göstərmək istəyib.

"O, məhkəmə koridorunda yumruq atdı və cavabını aldı. Sonra əlbəyaxa dava məhkəmə binasının önündə davam etdi. 25 dəqiqədir "102"-yə məlumat vermişəm", - İlkin Muradov qeyd edir.

Ümidvarıq ki, cinayətlərin mühakimə olunduğu binada cinayət törətmək təşəbbüsü göstərən, jurnalistin peşə fəaliyyətinə əngəl yaratmağa çalışan şəxs layiqli cəzasını alacaq.

Xəbər 1429 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +