Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


11.08.2021  14:54 

Abituriyentin əvəzinə imtahana başqası gəldi





A+  A-

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan, iyun ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanı, eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanları keçirilib.
DİM-dən XəzərNews.az-a verilən məlumata görə, ümumi orta təhsil səviyyəsi üzrə keçirilən imtahanda 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

Bundan əlavə, imtahanda iştirak etməli olan abituriyentin əvəzinə başqa bir şəxsin imtahana gəlməsi halı da müəyyən edilib. Dövlət qulluğuna qəbul imtahanında da 1 nəfərdə mobil telefon aşkar edilib.

Qeyd olunan qayda pozuntuları protokollaşdırılıb və müvafiq araşdırma aparılacaq.

Xəbər 2662 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +