Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


19.03.2021  11:50 

Ombudsman əfv olunanlara çağırış etdi





A+  A-

Ombudsman tərəfindən 72 məhbusun əfv olunması ilə bağlı müraciət müsbət həllini tapıb. Cənab Prezidentin sərəncamı ilə onlar azadlığa buraxılıb.
XəzərNews.az-ın məlumatına görə, bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib, Prezidentin imzaladığı əfv sərəmcamı ümumilikdə 625 məhkuma şamil edilib:

"Bu bizi, məhkumları, onların ailə üzvlərini, yaxınlarını çox sevindirir. Biz cənab Prezidentə göstərdiyi bu humanist siyasətə, insan hüquqlarına verdiyi dəyərə görə təşəkkürümüzü bildiririk. Əfv olunan məhkumları cənab Prezidentin bu humanist addımından nəticə çıxararaq, gələcəkdə dövlətimizə, xalqımıza, millətimizə layiqli vətəndaş olmağa çağırıram".

Xəbər 1895 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +