Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


18.03.2021  11:41 

“İran təyyarə qəzasının səbəblərini gizlədir” - Rəsmi Kiyev





A+  A-

Ukrayna İranı “Boeing” təyyarəsinin qəzasının səbəblərini gizlətməyə cəhd etməkdə təqsirləndirib.
XzəərNews.az “İnterfaks - Ukrayna”ya istinadən xəbər verir ki, Ukrayna xarici işlər naziri Dmitri Kuleba İran hakimiyyətini keçən ilin yanvarında Tehran yaxınlığında baş verən “Boeing 737-800” təyyarəsinin qəzaya uğramasının əsl səbəblərini gizlətmək cəhdlərində ittiham edib.

XİN rəhbəri fəlakətin texniki istintaqı ilə bağlı rəsmi Tehranın yayımladığı hesabatda qərəzli olduğunu bildirib: “İstintaqın qərəzli olduğunu, təqdim olunan dəlillərin seçilmiş olduğunu və nəticələrin aldadıcı olduğunu bildirməyə məcburuq”.

Onun sözlərinə görə, hesabat faciənin kök səbəblərini və buna səbəb olan hərəkət zəncirini açıqlamır: “Bu, bir hesabat deyil, bu, manipulyasiya toplusudur, məqsədi həqiqəti tapmaq deyil, İran İslam Respublikasına haqq qazandırmaqdır”.

Kuleba Ukraynanın beynəlxalq tərəfdaşları ilə birlikdə Tehranın həqiqəti gizlətməsinə və fəlakət üçün məsuliyyətdən yayınmasına icazə verməyəcəyini bildirib.

“Nə qədər səy və vaxt tələb olunsa da, ədalət qalib gələcək. Bu, yalnız bir prinsip məsələsi deyil, həm də bu dəhşətli faciənin qurbanları qarşısında mənəvi bir borcdur”,- deyə nazir qeyd edib.

Xatırladaq ki, Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing 737-800” təyyarəsi 8 yanvar 2020-ci ildə Tehran hava limanından qalxdıqdan İran Hərbi Hava Müdafiə qüvvələri tərəfindən vurulub. İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları da daxil olmaqla təyyarədə olan 176 nəfər həlak olub.



Xəbər 1351 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +