Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


10.10.2020  22:19 

Payızın gəlişi ilə virusa yoluxma riski artıb - Video





A+  A-

“Xəzər TV” son günlər Azərbaycanda koronavirusun hazırki durumu ilə bağlı reportaj hazırlayıb.
XəzərNews.az xəbər verir ki, reportajda payızın gəlməsi ilə virusa yoluxma riskinin artdığı bildirilir.

Kubadan gələn həkimlər bildirib ki, Azərbaycan bu mövzuda təcrübəli olsa da, virus üçün qaydalara əməl etmək lazımdır. 3 aydır ki, ölkəmizdə olan Dalse Torres Avillo yerli həkimlərin əməyini də vurğulayıb: “Biz bura gələndə koronavirus ölkədə tüğyan edirdi. Biz də Səhiyyə Nazirliyi və TƏBİB-in tərtib etdiyi yolla işləməyə başladıq və artıq virusa yoluxanların sayı o dönəmlərə nisbətən azalıb”.

Bildirilib ki, virusa yoluxan xəstələrin əlavə xəstəlikləri olduqda onlar ölüm-dirim mübarizəsi aparırlar.

Reanimatoloq Ülviyyə Qurbanova xəstəxanaya yerləşdirilən virusa yoluxmuş Samirə Cəfərova haqqında danışıb: “O, 24 sentyabrda xəstəxanaya orta-stabil vəziyyətdə gətirildi. Lakin bir neçə gündən sonra vəziyyəti ağırlaşdı. Samirə xanım hamilə idi və övladını itirdi. Özünü də çətinliklə xilas edə bildik”.

Samirə Cəfərova özü də bu barədə açıqlama verib: “Xəstəliyin 15-ci günündəyəm. Sentyabrın 24-də gəldim və vəziyyətim ağır idi. Bu gün isə özümü yaxşı hiss edirəm”.



Xəbər 6009 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +